QORUQLAR  

QORUQLAR

\r\n

Adı: Bəsitçay Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 1974
\r\n Sahə (hektar): 107
\r\n Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində
\r\n Qısa məlumat: Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə \r\n nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika \r\n qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. \r\n Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun \r\n yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 \r\n m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. \r\n Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Ərazinin \r\n iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. \r\n Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları \r\n yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə \r\n torpaqları inkişaf etmişdir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə \r\n onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini,dünyada \r\n az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə \r\n alaraq, onun adı Azərbaycanın «Qırmızı Kitabı»na yazılmışdır. Bəsitçay Dövlət \r\n Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun \r\n qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar \r\n meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, \r\n və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. \r\n Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri \r\n isə 1 m-dir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, \r\n porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s. məməlilərə, kəklik, turac, \r\n göyərçin və s. quşlara rast gəlinir. Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması \r\n Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması \r\n üçün diqqətəlayiq tədbirdir.

\r\n

\r\n

Adı: Qarayazı Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 1978
\r\n Sahə (hektar): 9,658
\r\n Olduğu yer: Qazax rayonunun ərazisində, Ağstafa meşə təsərrüfatının \r\n Kürətrafı meşələrində.
\r\n Qısa məlumat: Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi \r\n qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. \r\n Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün \r\n hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların \r\n cins tərkibi xeyli dəyişilmişdir. Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər \r\n ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə \r\n başlanmışdır. Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının \r\n sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə \r\n davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi \r\n dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir. Qoruğun ərazisi əsasən meşəlikdən \r\n ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə \r\n örtülü olmayan sahə təşkil edir. Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji \r\n xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki \r\n örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə \r\n və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır. Kürün sahilindən \r\n uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının sahili boyunca \r\n söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir. Sahildən uzaqlaşdıqda \r\n onları tipik tuqay meşələri əvəz edir. Burada tuqay meşələrinə xüsusi görkəm \r\n verən lianlara da rast gəlinir. Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı \r\n meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, \r\n çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır. \r\n Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Quşlardan qırqovul, göyərçin, \r\n alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə \r\n qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; \r\n burada, hətta həmişə sevilən bülbül də qorunur. Suda-quruda yaşayanlardan göl \r\n və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər \r\n vardır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi \r\n sakinləridir. Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini \r\n qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib \r\n yaxşılaşdırmaqdır.

\r\n

\r\n

Adı: Qaragöl Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 1987
\r\n Sahə (hektar): 240
\r\n Olduğu yer: Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus \r\n rayonu sərhəddində
\r\n Qısa məlumat: Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. \r\n Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə \r\n malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması \r\n və balıqçılıq üçün istifadə edirlər. Qoruq Qarabağ Vulkanik yaylasının cənub \r\n hissəsində böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir. \r\n Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən \r\n soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır. \r\n Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən \r\n ibarətdir. Jənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil \r\n etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar \r\n olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğumu və qaymaqçiçəyi \r\n bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla \r\n zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı \r\n aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, \r\n dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Hal-hazırda Qaragöl qoruğunun \r\n işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırki \r\n siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərir.

\r\n

\r\n

Adı: Göy-göl Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 1925
\r\n Sahə (hektar): 6,732
\r\n Olduğu yer: Xanlar rayonunun ərazisində, Kiçik Qafqaz sıra \r\n dağlarının şimal-şərq hissəsində.
\r\n Qısa məlumat: Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci \r\n il tarixli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Qoruq içməli su \r\n mənbəyi kimi Göy-gölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, \r\n Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, \r\n mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır. Göy-göl qoruğunun əsas hissəsinin \r\n relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar \r\n səciyyəvidir. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mylayim-isti \r\n iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd \r\n edir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta \r\n dağlıq meşələri, Göy-göl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə \r\n olunan obyektlərindəndir. Qoruğun heyvanlar aləmi bir çox vəhşi məməli və quş \r\n növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, \r\n meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər ularıqara kərkəs,kəklik \r\n və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin – Şərqi Qafqaz \r\n təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı \r\n kitablarda Göy-göldə yaşayan və qorunan forel balığının və bir çox quşların \r\n da adı vardır. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri \r\n yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki \r\n örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir. Ot bitkilərindən Qafqaz \r\n bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, \r\n çobanyasdığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar. Qoruğun filialı \r\n kimi fəaliyyət göstərən 392 hektarlıq Eldar Şamı sahəsinin ərazisi genişləndirilmiş \r\n və 2004-cü ildə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır. \r\n

\r\n

\r\n

Adı: Qızılağac Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 1929
\r\n Sahə (hektar): 88,360
\r\n Olduğu yer: Lənkəran rayonunun ərazisində, Böyük Qızılağac \r\n körfəzində
\r\n Qısa məlumat: Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı \r\n ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən \r\n Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin \r\n körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində \r\n vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi \r\n və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət \r\n Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında \r\n məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, onların sayını artırmaq, \r\n onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır. Qızılağac \r\n Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq \r\n regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli \r\n qoruq kimi təsdiq edilmişdir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra \r\n və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim \r\n tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40J-dir. Qışı mülayim \r\n keçir, ən soyuq ayın orta temperaturu 3,20J, ən isti ayın orta temperaturu isə \r\n 25,50J olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu \r\n cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş \r\n sahələri əhatə edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, \r\n sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, \r\n ciyən və s. bitkilər bitir. Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 \r\n növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, \r\n kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış \r\n quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara \r\n leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, \r\n sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, \r\n çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın \r\n «Qırmızı Kitabı»na daxil edilmişdir. Qoruqda məməlilərin də bir çox növləri \r\n yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, \r\n uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. \r\n Boyük Qızılağac körfəzində Xəzər suitisi vardır.

\r\n

Adı: İlisu Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 1987
\r\n Sahə (hektar): 17381,5
\r\n Olduğu yer: Qax rayonunun ərazisində, Böyük Qafqazın cənub \r\n yamacında, Zaqatala və İsmayıllı qoruqlarının arasında
\r\n Qısa məlumat: Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı \r\n ilədir. Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv \r\n parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Qoruğun ərazisində \r\n qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti \r\n iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd \r\n edir. İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, \r\n çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. İlisu \r\n qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki \r\n növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, \r\n Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, \r\n yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını \r\n bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir. Qoruğun ərazisində 5 \r\n dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar ( nəcib maral, cüyür, \r\n köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə \r\n dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər( dovşan, \r\n süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, \r\n nalburunlar) və s. ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; \r\n onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü \r\n yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara \r\n aiddir. Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Burada suda-quruda yaşayanların \r\n 5 (qurbağalar) növü yayılmışdır.

\r\n

Adı: İsmayıllı Dövlət Təbiət Qoruğu.
\r\n Yaradıcılığı il: 1981
\r\n Sahə (hektar): 16,740
\r\n Olduğu yer: İsmayıllı rayonunun ərazisində.
\r\n Qısa məlumat: İsmayıllı Dövlət Təbiət Qoruğu Böyük Qafqazın \r\n cənub yamacının şərq hissəsində yüksəklik istiqamətində meşə qurşağının təbii \r\n kompleksini, xüsusilə meşə bitkilərinin qiymətli nümunələrini, heyvanlar aləmini, \r\n onların nadir və qiymətli növlərini, torpaq örtüyünü qorumaq, artırmaq və zənginləşdirmək, \r\n həmçinin, təbii kompleksin sabitliyini tənzimləmək məqsədi ilə yaradılmışdır. \r\n Qoruq dəniz səviyyəsndən 600-2500 m hündürlüyündə yerləşir və iki hissədən ibarətdir. \r\n Qoruğun əsas hissəsi dağlıq (800-2250 m) ərazidən ibarət olan Topçu meşələrini \r\n əhatə edir. Ərazi şimaldan subalp çəmənliyi, şərq və cənub-şərqdən Axoxçay boyunca \r\n Talıstan meşələri, cənubdan Topçu meşəsinin suayrıcı xətti və qərbdən isə Göyçay \r\n çayı ilə sərhədlənir. Qoruğun qalan ərazisini isə Qalıncaq meşəliyi əhatə edir \r\n (600 m). Qoruğun ərazisi meşə ilə örtülü olduğu üçün burada yalnız dağ-meşə \r\n torpaqları,subalp çəmənlikləri ilə sərhəddə isə dağ-meşə-çəmən torpaqları yayılmışdır. \r\n Meşələrdə əsasən fısdıq, vələs, palıd (şabalıdyarpaq, iberiya və şərq) qismən \r\n də göyrüş, cökə, qaraçöhrə, ağcaqayın və s. ağaclar yayılmışdır. Bunlardan şabalıdyarpaq \r\n palıd palıd və qaraçöhrə növləri Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na \r\n daxil edilmişdir. İsmayıllı Dövlət Təbiət Qoruğunda heyvanat aləmi də çox zəngindir. \r\n Burada cüyür, çöl donuzu, təkə, köpgər, nəcib Qafqaz maralı, ayı, canavar, vaşaq, \r\n meşə pişiyi, çaqqal, tülkü, yenot, dələ, dovşan, qırqovul, qaratoyuq, alabaxta, \r\n bildirçin, sarıköynək, ağacdələn, çobanaldadan və s. heyvan və quşlar vardır. \r\n Onlardan köpgər və vaşaq Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil \r\n edilmişdir.

\r\n

Adı: Pirqulu Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 1968
\r\n Sahə (hektar): 4,274
\r\n Olduğu yer: Şamaxı rayonunun ərazisində, Böyük Qafqaz sıra \r\n dağlarının şərq qurtaracağında
\r\n Qısa məlumat: Qoruğün təşkil edilməsində əsas məqsəd eroziya \r\n proseslərinin və astrofizika rəsədxanasının fəaliyyətinə mənfi təsir göstərən \r\n atmosferanın tozlanmasının qarşısını almaq, habelə bura üçün xas olan tipik \r\n dağ-meşə landşaftlarının, xüsusilə müxtəlif bitki örtüyünün, torpağın münbit \r\n qatının qorunub saxlanılması, meşə örtüyü sahəsinin təbii artımının təmin edilməsi, \r\n eləcə də qiymətli, nadir və sənaye əhəmiyyətli heyvan və quşların sayının artırılması, \r\n elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması \r\n olmuşdur. Üstünlük təşkil edən cinslər vələs, palıd, fısdıq ağaclarıdır. Pirqulu \r\n Dövlət Təbiət Qoruğunun ərazisi üç ayrı-ayrı hissədən ibarətdir: Araxçın sahəsi \r\n 1600-2000 m hündürlükdə yerləşir. Burada Avaxıl kəndindən şimal-qərbdə yuxarı \r\n dağ-meşə qurşağının, qismən də subalp çəmənliyi qurşağının landşaftı səciyyəvidir. \r\n Meşələr Qırxbulaq çayının dərəsində və Qart dağının şimal-şərq və qərb yamaclarında \r\n yayılmışdır. Pirqulu sahəsi 1000-1500 m hündürlükdə günbəzvari Pirqulu dağında \r\n yerləşir; bu sahə əsasən orta dağ-meşə yarımqurşağının, qismən də bozqırlaşmış \r\n dağ- çəmən landşaftının təbiəti üçün səciyyəvidir. 3. Jəngi sahəsi aşağı dağ-meşə \r\n yarımqurşağında, 800-1100 m hündürlükdə yerləşir. Ərazisi əsasən Jəngi çayı \r\n hövzəsinin sol (Jəngi dağının şimal yamacı) və qismən də sağ hissəsini əhatə \r\n edir. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz \r\n vələsindən əmələ gəlmişdir. Bu meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, \r\n ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud və s. ağaclar, dəmirqara, əzgil, \r\n yemişan, böyürtkan, itburnu, zirinc və s. kol bitkiləri yayılmışdır. Heyvanat \r\n aləmi müxtəlif məməli və quşlardan ibarətdir. Burada məməlilərdən cüyür, çöl \r\n donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə, \r\n ayı, vaşaq, gəlincik, porsuq, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, \r\n sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, kəklik və digər növlərə təsadüf \r\n olunur. Pirqulu Dövlət Təbiət Qoruğunda Qırmızı kitablara adı düşən məməlilərdən \r\n qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur.

\r\n

Adı: Türyançay Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 1958
\r\n Sahə (hektar): 22488
\r\n Olduğu yer: Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində, \r\n Turyançayın sağ kənarında.
\r\n Qısa məlumat: Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında \r\n məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın \r\n arid meşə lanşaft kompleksini qorumaqdır. Ərazisi qərbdən və şimal-qərbdən şərqə \r\n və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim \r\n Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə mülayim-isti \r\n keçir. Orta illik temperatur 140-dir. Burada ağac və kol bitkilərindən ən çox \r\n ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq \r\n doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf \r\n etmişdir. Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, \r\n tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. \r\n İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez \r\n rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, \r\n leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, \r\n dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda \r\n Azərbaycanın «Qırmızı kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına \r\n təsadüf edilir.

\r\n

Adı: Zaqatala Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 1929
\r\n Sahə (hektar): 23844
\r\n Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazisində, Böyük \r\n Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında.
\r\n Qısa məlumat: Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın \r\n ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə təşkil edilmişdir. Zaqatala \r\n Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz \r\n torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən \r\n yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub \r\n yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur. \r\n Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan \r\n ibarətdir. Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar \r\n və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə kəsilir. Qoruqda \r\n 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən \r\n fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam \r\n və s. göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. \r\n Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və \r\n 2000-ə yaxın çöl donuzu vardır. 1950-ci ildə qoruqda elmi- tədqiqat işlərinin \r\n aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloji problemlər \r\n üzrə tədqiqat işləri aparılır. Qoruğun elmi təmayülü – Böyük Qafqazın şimali-şərq \r\n hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim \r\n əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli \r\n istifadə olunmasına yönəldilmişdir. Çox qiymətli dərman bitkisi olan jenşenin \r\n Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, \r\n yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında \r\n dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən \r\n və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi \r\n bu baxımdan əhəmiyyətlidir.

\r\n

Adı: Eldar Şamı Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 2004
\r\n Sahə (hektar): 1686
\r\n Olduğu yer: Samux rayonunun ərazisində
\r\n Qısa məlumat: Qoruğun yaradılmasının başlıca məqsədi genetik \r\n fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət \r\n komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə \r\n vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq \r\n məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının \r\n yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm. Onun adı Azərbaycan Respublikasının \r\n «Qırmızı kitab»ına daxil edilmişdir. Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük \r\n təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir. \r\n Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu yaradılmışdır.

\r\n

Adı: Şahbuz Dövlət Təbiət Qoruğu
\r\n Yaradıcılığı il: 2004
\r\n Sahə (hektar): -
\r\n Olduğu yer: Naxçıvan Muxtar Respublikasında, Batabat gölü və \r\n Biçənək aşırımı ərazilərində
\r\n Qısa məlumat: Müxtəlif torpaq tiplərinin inkişaf tapdığı ərazidə \r\n 2899 bitki növü yayılmışdır. Bu qədər geniş müxtəlifliyə malik bitki örtüyü \r\n olan ərazidə 285 növ faunanın məskunlaşmasına imkan yaranmışdır. Şahbuz Dövlət \r\n Təbiət Qoruğunun su ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan \r\n Batabat mineral bulaqlarından ibarətdir: Bu mineral bulaqlar Naxçıvan şəhərindən \r\n 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m yüksəklikdə yerləşirlər. Batabat \r\n su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-1 (hövzəsinin sahəsi 0,18 km2), \r\n Batabat-2 (0,7 km2) və Batabat-3 (0,18 km2). Ümumi su tutumu təqribən 3 mln. \r\n m3-dir. Anbarın suyu əsasən Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına \r\n formalaşır. Ərazi flora cəhətdən çox zəngindir. Naxçıvan Muxtar Respublikasında \r\n bitən 2000-dən artıq ali bitki növlərinə burada rast gəlmək mümkündür. Şahbuz \r\n Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi \r\n burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i \r\n palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə \r\n alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil \r\n edir. Quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, \r\n oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, \r\n hop-hop və başqaları məskunlaşmışdır. Muxtar Respublika ərazisində məskunlaşmış \r\n quş növlərindən 15-i «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında \r\n 12 növ yırtıcı heyvan yayılmışdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, \r\n tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara \r\n qoruğun ərazisində rast gəlinir. Ərazidə gəmirici məməlilərə də təsadüf olunur. \r\n Bunlardan meşə sülsəni, kiçik ərəb dovşanı, siçovullar və siçanların bir neçə \r\n növünə rast gəlinir. Şahbuz Dövlət Təbiət Qoruğunda Biçənək meşəsindəki bataqlıqlarda \r\n və s. sahələrdə Selkovnikov ağac qurbağasına rast gəlinir. Bundan başqa ərazidə \r\n Suriya sarımsaqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, cənubi \r\n qafqaz qurbağası və Kiçik Asiya qurbağası qeydə alınmışdır. 2004-cü il 18 sentyabr \r\n tarixində Şahbuz Dövlət Təbiət Qoruğunun rəsmi açılışı keçirilmişdir.

Hava

..
Ağcabədi   °C
Bakı   °C
Balakən   °C
Əli-Bayramlı   °C
Gəncə   °C
Ismayıllı   °C
Lənkəran   °C
Naxçıvan   °C
Qazax   °C
Sumqayıt   °C
Xaçmaz   °C
Yevlax   °C

Valyuta məzənnələri

USD - 0.80
GBP + 1.28
RUR + 0.03
JPY 0.95

Reysləri̇n cədvəli