FAYDALI  

Gömrük qaydaları.

Azərbaycan Respublikasının bütün sərhəd keçid məntəqələrində gömrük xidməti fəaliyyət göstərir (aeroportlar, dəniz limanları, avtomobil və dəmiryolu keçid məntəqələri).
Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır.
 
Azərbaycan Respublikasının Gürcüstan, Russiya, Türkiyə və İranla sərhədlərində keçid məntəqələri fəaliyyət göstərir.
Həmçinin, Qazaxstan, Türkmənistan, Rusiya və İran ilə dəniz sərhədləri vardır, Türkmənistan və Qazaxstanla parom vasitəsi ilə gediş-gəliş mövcuddur.
Sərhəd keçid məntəqələrində yaşıl və qırmızı kanaldan istifadə edilir.
 
1.Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən:
 
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar, o cümlədən dövlət orqanlarının nəzarət siyahılarına aid edilməyən mallar sadələşdirilmiş qaydada bəyan edilir.
Sadələşdirilmiş qaydada bəyanetmə yaşıl kanaldan istifadə etməklə konklyudent formada yazılı bəyannamə təqdim edilməməsini nəzərdə tutur.
Konklyudent bəyanetmə forması fiziki şəxslər tərəfindən müşayiət olunan baqacda və əl yükündə keçirilən mallara şamil edilir, o şərtlə ki:
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların miqdarı və dəyəri (müşayiət olunmayan baqaclar istisna olmaqla) həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən miqdar və dəyərindən artıq olmasın;
-həmin mallara qadağalar və ya məhdudiyyətlər qoyulmasın. Gömrük ödənişlərinə cəlb olunan mallar olduqda isə həmin mallar yazılı formada bəyan edilməli və «Qırmızı kanal»dan istifadə edilməlidir.
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən əşyalar sərhəd məntəqələrində gömrük orqanlarına bəyan edilir.
Bəyannamə Azərbaycan, inqilis və ya başqa dillərdə doldurula bilər. Bəyannamə 16 yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. 16 yaşına çatmamış fiziki şəxslərin malları haqqında məlumat onları müşayiət edən şəxslərin bəyannaməsində göstərilir. Bəyannamədə mallar haqqında məlumatlar öz əksini tapmalıdır.
 
2.Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan aşağıdaki malları gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər:
 
  a)ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan;
  b)beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan;
  v)xarici vətəndaşlar daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb qələrkən və ya Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasından köçüb gedərkən 20.000 ABŞ dollarına ekvivalent həcmində ailə üçün zəruri olan məişət əşyalarını;
  q)yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini;
  d)Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 250 qrama qədər balıq kürüsünü;
  e)fərdi istehlak üçün 3 litr alkoqollu içkini; ə)3 blok siqareti;
  z)avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacağı;
  j)bədii, tarixi, elmi və diqər mədəni əşyaları məhdudiyyətsiz miqdarda gətirə bilərlər.
 
3. Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları:
 
  - Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 ABŞ dolları ekvivalentinədək olduqda «Gömrük bəyannaməsi» ilə, 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Gömrük bəyannaməsi», həm də «Gömrük vəsiqəsi» ilə rəsmiləşdirilir.
  - Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının ərazisindən adambaşına 1.000 (bir min) ABŞ dolları məbləğində valyuta və valyuta sərvətlərini gömrük orqanlarında bəyan etmək şərti ilə gömrük rüsumu ödəmədən nəqd şəkildə, 1.000 (bir min) ABŞ dolları ekvivalentindən əlavə 9.000 ABŞ dolları ekvivalentinədək isə onların nominal dəyərinin 1%-i həcmində gömrük rüsumu ödəməklə çıxara bilərlər;
  - Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar Azərbaycan Respublikasına əvvələr nəqd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 ABŞ dolları ekvivalentinədək məbləği müvafiq təsdiqedici sənədlər əsasında heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə respublikadan kənara nəqd şəkildə çıxara bilərlər.
 
4. Müvafiq dövlət orqanlarının razılığı ilə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar haqqında:
 
  a) mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə gömrük orqanlarına təqdim edildiyi və komission dəyərinin 100%-i məbləğində gömrük rüsumu ödənildikdən sonra, mühafizə dərəcəsi verilməmiş mədəniyyət sərvətləri isə Azərbaycan Respublikasından aparıla bilər;
  b) xidməti və mülki silah, onların döyüş sursatları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi icazəsi təqdim edilməklə keçirilə bilər;
  v) heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloci preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal dövlət Baytarlıq və dövlət fitosanitar nəzarəti xidmətlərinin müvafiq sənədi olduqda keçirilə bilər.
 
5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan olunan mallar:
 
gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar: - Azərrbaysan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika; - radioaktiv maddələr; - narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat; - əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; - narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar. aparılması və beynəlxalq poçt vasitəsilə göndərilməsi qadağan olunmuş mallar:
  - aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloci, kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;
  - qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı);
  - Azərrbaysan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;   - radioaktiv maddələr;
  - narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
  - əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
  - narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;   - xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;
  - Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;
  - dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
  - Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
  - müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirəlməsi halları istisna olmaqla Azərbaycan Respublikasının Milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil olan Milli mədəniyyət əmlakı olan obyektlər.
  Silah və onun döyüş sursatlarının fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir. Odlu silah və onun döyüş sursatının poçt vasitəsi ilə göndərilməsi qadağandır.