OLAYLAR  
25.11.2013
Azərbaycan 31 Beynəlxalq Kitab Sərgisində İstanbulda

Azərbaycan nümayəndə heyəti 17-20 noyabr tarixlərində 31-ci Beynəlxalq İstanbul Kitab Sərgisində ölkəmizi təmsil etdi.

25.11.2013
BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKONUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ. BAKIDA BELARUS RESPUBLİKASININ SƏFİRLİYİNİN YENİ BİNASININ AÇILIŞI OLMUŞDUR. MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKO İŞTİRAK ETMİŞLƏR

Noyabrın 20-də Bakıda Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yeni binasının açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak etmişlər.

25.11.2013
Bakıda Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunmasi üzrə Konvensiyanın 10 illik yubileyi keçiriləcək

2-7 dekabr 2013-cü il tarixində Bakıda Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunmasi üzrə Konvensiyanın 10 illik yubileyi keçiriləcək.

24.07.2013
2013-cü ilin ilk dörd ayin 12 milyon beynəlxalq turisti

298 milyon beynəlxalq turist cəmi son UNWTO Dünya Turizm Barometer görə, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon çox, yanvar-aprel 2013 arasında dünyada səyahət. Cari turizm pik mövsüm üçün perspektivləri may-avqust dövründə xaricə səyahət gözlənilir bəzi 435 milyon turist müsbət qalır.

24.07.2013
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı ilə əməkdaşlığı davam etdirir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı ilə əməkdaşlığı davam etdirir. Əməkdaşlığın nəticəsi olaraq görkəmli ədib Hüseyn Cavidin "Şeyx Sənan" faciəsinin birgə tamaşası hazırlanacaq.

24.07.2013
Azərbaycanın turizm operatorları dəniz turlar haqqında məlumat ilə təmin olunacaq

Travel şirkəti «Millennium Tourism & Congress DMC» kruiz şirkətləri Royal Caribbean International Meshhurlarin Cruises, Azamara Club Cruises, Pullmantur, Costa Cruises və Norveç Cruise Line ilə iş həsr turizm şirkətlərinin nümayəndələri seminar təqdimatini təşkil edir.

16.05.2013
Gənc istedadların konserti

Cari il mayın 14-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev adına onbirillik musiqi məktəbində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə gənc istedadların konserti keçirilib.

16.05.2013
Kann kinofestivalında Azərbaycan pavilyonu açılıb

013-cü il mayın 15-dən 26-dək Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçiriləcək.

16.05.2013
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriyaya səfəri gedişində cari il mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Mərasimdə çıxış edən dövlətimizin başçısı dünya mədəniyyəti paytaxtlarından sayılan Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını iki ölkənin münasibətləri tarixində əlamətdar hadisə kimi qiymətləndirib.

08.05.2013
Bakı Turizm İnformasiya Mərkəzi Dördüncü Milli turizm Mükafatı müsabiqəsində iştirak etmək üçün dəvət edir.

Müsabiqənin məqsədi turizm sənayesinin davamlı inkişafını, xidmət keyfiyyətinin yüksəldilməsi, Azərbaycan Respublikasında mədəni- idrakı, ekoloji, sağlamlıq və digər turizm növlərinin stimullaşdırılmasıdır.

07.05.2013
Dubayda keçirilən “ATM 2013” Beynəlxalq Turizm Sərgisi

Cari ilin 6-9 may tarixində BƏƏ-nin Dubay şəhərində keçirilən "ATM 2013" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi iştirak edir.

24.04.2013
Bakıda Ümumdünya Turizm Təşkilatının III BMÜTT İpək Yolu İşçi Qrupu Toplantısı keçirilir

Cari il aprel ayının 22-də Bakıda İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və BMÜTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Ümumdünya Turizm Təşkilatının III BMÜTT İpək Yolu İşçi Qrupu Toplantısı öz işinə başlamışdır. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMÜTT-nin icraçı direktoru Zoltan Somogi, həmçinin, BMÜTT, YUNESCO, Turizm Bələdçiləri Assosiasiyalarının Ümumdünya Federasiyası (WFTGA), iştirakçı ölkələr və Azərbaycandan olan nümayəndələr iştirak edirlər.

24.04.2013
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Saatlı şəhərində vətəndaşları qəbul edib

Cari il aprelin 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşların qəbulunu keçirib. 

24.04.2013
Polşa-Azərbaycan “Dostluq” abidəsinin açılışı olacaq

Cari il aprelin 23-də Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540, bərpasının 20 illiyi ilə əlaqədar "Dostluq" abidəsinin açılışı və Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam konserti keçiriləcək. Bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Polşaya səfər edəcək. Nümayəndə heyətinə abidənin müəllifləri - Xalq rəssamı Salxab Məmmədov və Əməkdar rəssam Əli İbadullayev, Əməkdar incəsənət xadimi, heykəltəraş Akif Əsgərov, incəsənət ustaları - Əməkdar artist Təyyar Bayramov (xanəndə), Arzu Əliyeva (xanəndə), Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), digər şəxslər daxildir. 

14.01.2013
Azərbaycan və İspaniya turizm sahəsində əməkdaşlıq saziş əldə etmişdir.

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə İspaniya təmsilçisi ilə görüşüb. Xarici işlər Nazirliyi xəbər verir ki, görüş zamanı Azərbaycan XİN rəhbərinin və onun ispaniyalı həmkarı Xose Manuel Qarsiya-Marqallo iki ölkə arasında ikitərəfli münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparılıb, enerji, turizm və ticarət sahəsində əməkdaşlığının vacibliyini vurğulayıb və qeyd edib İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu qeyd ediblər.

14.01.2013
Azərbaycan İtaliyada Beynəlxalq Turizm sərgisində iştirak edəcək.

Azərbaycan İtaliyanın Milan şəhərində keçiriləcək Barsa Bit 2013 Turizm sərgisində iştirak edəcək. Sərgidə ingilis dilində ölkə haqqında, ölkənin tarixi –mədəniyyət abidələri, mehmanxana və turist obyektləri haqqında xüsusi reklam –çap məhsulları təqdim olunacaq.

14.01.2013
Azərbaycanın turizm potensialı İstanbul sərgisində təmsil olunacaq

Beynəlxalq turizm sərgisində "EMİTT" yanvarin 24-27-də İstanbulda keçiriləcək AzərTAc dövlət agentliyi məlumat yayıb.

10.01.2013
AITF расширяет число стран-участниц

12-я Азербайджанская Международная Выставка «Туризм и Путешествия» AITF-2013 традиционно состоится в преддверии летних отпусков и каникул с 4 по 6 апреля в выставочном комплексе Баку Экспо Центр.

10.01.2013
Bu ay ölkəmiz dörd turizm sərgisində təmsil olunacaq

2013-cü ilin yanvar ayında ölkəmizin turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dörd beynəlxalq sərgidə nümayiş olunacaq.

10.01.2013
“Madam Batterflyay” Bakı səhnəsində

Cari ilin yanvar ayının 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C. Puççininin "Madam Batterflyay" ("Çio-Çio-San") operasının tamaşası olacaq.

25.12.2012
Şahdağ Qış-Yay Turizm Kompleksi qonaqları qəbul etməyə hazırdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il dekabrın 20-də Qusar rayonuna səfər edib. Dövlət başçısı və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinə daxil olan infrastruktur obyektlərinin açılışında iştirak ediblər.

20.12.2012
Nazir müavini S.Məmmədəliyeva Çexiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2012-ci il tarixli Sərəncamına əsasən, Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi sədrinin müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuşdur.

20.12.2012
“Mirzə Fətəli Axundzadə ili”nin yekunu

2012-ci il böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi M.F.Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar TÜRKSOY təşkilatı tərəfindən "Mirzə Fətəli Axundzadə ili" elan edilmişdir.

20.12.2012
“Nizami” sənədli filminin təqdimatı olacaq

2012-ci ilin 18 dekabr tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində "Nizami" sənədli filminin təqdimatı olacaq.

14.12.2012
Bakıda Gənc pianoçuların I Beynəlxalq müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində Gənc pianoçuların I Beynəlxalq müsabiqəsini keçirəcək.

14.12.2012
Bakıda müasir incəsənət bayramı davam edir

Mədəniyyət və Turizm Nazirliyi, "Yarat!" Müasir İncəsənət Məkanı və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə dekabrın 11-də başlayan "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi davam edir.

14.12.2012
Londonda “Yol ayrıcında” adlı sərgi keçirəcək

Dünyanın məşhur sərgi və hərrac evi olan Sothebys 2013-cü il martın 4-dən 12-dək Londonda, "New Bond Street"dəki zalında "Yol ayrıcında" adlı sərgi keçirəcək.

12.12.2012
Tarın YUNESKO-nun Reprezentativ siyahısına daxil edilməsi ilə bağlı tədbir

Məlumat verildiyi kimi, 2012-ci ilin 3-7 dekabr tarixində Paris şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

12.12.2012
“Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi

2012-ci il 11-16 dekabr tarixində Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək.

10.12.2012
Bakıda YUNESKO-nun sessiyası keçiriləcək

2012-ci ilin 3-7 dekabr tarixində Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilir. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyada Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

10.12.2012
VI Mstislav Rostropoviç Festivalı başa çatıb

Dekabrın 8-də Heydər Əliyev Sarayında ilk konsertdən öncə festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç, dirijor Zubin Meta, "Maggio Musicale Fiorentino"nun bədii rəhbəri Françeska Kolombo və Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın iştirakı ilə jurnalistlər üçün mətbuat konfransı keçirilib.

06.12.2012
Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib

2012-ci ilin 3-7 dekabr tarixində Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilir. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyada YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunmuş və Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilmişdir.

06.12.2012
VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı davam edir

Paytaxtımız növbəti beynəlxalq sənət bayramına ev sahibliyi edir. Dekabrın 3-də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalına start verilib.

28.11.2012
Bakıda Küveyt Dövlətinin Mədəniyyət Günləri

Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında mədəni əlaqələrin inkişafı, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin yaradılması, fikir və təcrübə mübadilələrinin aparılması məqsədi ilə 2012-ci il noyabr ayının 27-dən dekabr ayının 2-dək Azərbaycan Respublikasında Küveyt Dövlətinin Mədəniyyət Günləri keçirilir.

28.11.2012
Hindistanda Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı tədbir keçiriləcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il tarixli Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi Hindistanın İ.Qandi adına Mədəniyyət Mərkəzi ilə birgə 29 noyabr - 1 dekabr 2012-ci il tarixdə Nyu Dehli şəhərində Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi keçiriləcək.

06.11.2012
II Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

2012-ci il 5-6 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə II Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcəkdir. 

06.11.2012
Londonda “WTM 2012” Beynəlxalq Turizm Sərgisi keçirilir

Cari ilin 5-8 noyabr tarixində Böyük Britaniyanın London şəhərində keçirilən "WTM 2012" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir.

01.11.2012
Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində növbəti seminarı Bakıda keçiriləcək

BMÜTT-nin "2011 - 2012-ci illər üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı"nın Azərbaycanda keçirilməsinə dair cari ilin 23 mart tarixində İspaniyanın Madrid şəhərində BMÜTT və Mədəniyyət və Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

14.06.2012
Bakı Turizm İnformasiya Mərkəzi Üçüncü Milli turizm Mükafatı müsabiqəsində iştirak etmək üçün dəvət edir.

Müsabiqənin məqsədi turizm sənayesinin davamlı inkişafını, xidmət keyfiyyətinin yüksəldilməsi, Azərbaycan Respublikasında mədəni- idrakı, ekoloji, sağlamlıq və digər turizm növlərinin stimullaşdırılmasıdır.

01.06.2012
СРОЧНО, НУЖНА ПОМОЩЬ!!!

7-летний Михаил заболел. Поставили диагноз -острая лимфобластная лейкемия... Нужны деньги на лечение, изначально в больнице озвучили сумму 50.000 долларов! любая помощь просто неоценима!!! Контактное лицо – дедушка Миши, Бахруз. Контактный номер +99450 366 70 85. При осуществлении перечисления средств необходимо указать имя мальчика.

24.05.2012
Musiqi və xalq sənəti həftəsi

Mayın 21-dən 27-ə qədər "Avroviziya 2012" müsabiqəsi ərəfəsində Qubernator bağında "Musiqi və xalq sənəti həftəsi" keçiriləcək. Sərgilər hər gün 11:00-dan 21:00-a qədər keçiriləcək. Sərgidə dekorativ-tətbiqi incəsənət nümunələri göstəriləcək. Konsertlər isə hər gün 18:00-da başlayacaq.Avroviziya 2012.

15.05.2012
Avroviziya Mahnı müsəbiqəsi ərzində pulsuz Bakı avtobus turları təşkil ediləcək

Avroviziya Mahnı Musabiqəsinin başlanılmasına bir neçə gün qalıb. Bakı çoxlu qonaq qəbul edir,buraya mahnı müsabiqəsinin təşkilatçıları, iştirakçıları və məhşur mahnı müsabiqəsinin fanatları daxildir.

13.05.2012
BIR OCAQDA PARLAYAR MİN ÜRƏYİN İŞIĞI SƏRGİSİ

22-26 may 2012-ci il SƏRGİ-YARMARKANIN AÇILIŞI: 22 may 2012-ci il, saat 15.00, Xalça Muzeyi Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, və Ukrayna sənətkarlarının Beynəlxalq dekorativ-tətbiqi sənət sərgi-yarmarkası.

29.02.2012
Light your Fire!

Nəzərinizə Cattıraq ki,artiq Eurovision Song Contest 2012 Baku internet saytı faliyyətdədir. www.eurovision.az Daxil olub yeniliklərlə tanış ola bilərsiniz

24.02.2012
QANLI XOCALI FACIESI (26.02.1992)

1988-ci ilden başlamış Ermenistan - Azerbaycan, Dağlıq Qarabağ münaqişesi dövründe en müdhiş, facieli, tarixde analoqu çox az olan hadiselerden biri Qarabağın en qedim insan meskenlerinden biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciesi XX esrin en dehşetli ve en qeddarcasına töredilmiş Xatın, Xirosima facieleri ile eyni seviyyede durur.

24.01.2012
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

23.01.2012
20 yanvar faciəsi

Bakı, 20 yanvar (AzərTAc). Ötən əsrin son onilliyində dünyada baş verən böyük siyasi dəyişikliklər SSRİ adlanan imperiyadan da yan keçməmişdir. Bu böyük dövlətin əsarətdə saxladığı digər xalqlar kimi, Azərbaycan xalqı da tarixi ədaləti bərpa etmək, müstəqil yaşamaq istəyirdi. Mərkəzi hakimiyyəti ən çox qorxuya salan da elə bu idi.

18.01.2012
Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” adlı sərgi açılmışdır.

Yanvarın 17-də Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olmuşdur. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.

16.01.2012
Azərbaycan nümayəndə heyəti “FITUR” Beynəlxalq turizm sərgisində iştirak etmək üçün Madridə gəlmişdir

Bakı, 16 yanvar (AzərTAc). Xəbər verdiyimiz kimi, yanvarın 18-dən 22-dək Madrid şəhərində “FITUR” Beynəlxalq turizm sərgisi keçiriləcəkdir.

14.01.2012
Azərbaycan bu ilin ilk beynəlxalq turizm yarmarkasında uğurla təmsil olunur

Vyana, 13 yanvar (AzərTAc). Yanvarın 12-dən 15-dək Vyanada növbəti beynəlxalq tətil yarmarkası - “Ferien-Messe Wien-2012“ keçirilir.

03.10.2011
Baki Turizm İnformasiya Mərkəzinin məlumatı.

Fransa şəhərində keçirilən ənənəvi Beynəlxalq Turizm “Top Reza 2011” sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzi Fransa Turizm İnstitutu ilə Beynəlxalq əlaqələrin qurulması üzrə əməkdaşlıq müqaviləsi imzalamışdır.

03.10.2011
Bakı Turizm İnformasiya Mərkəzi Milli Turizm Mükafatı Müsabiqəsini keçirib.

1ci Milli Turizm Mükafatı Müsabiqəsinin qalibləri: Turizm sahəsində tədrisin inkişafına edilən şəxsi töhfə: 1)Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov 2) Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının direktor müavini Sabir Rəhimov

16.08.2011
Baki Turizm İnformasiya Mərkəzinin məlumatı.

26-28 oktyabr tarixlərində Qelencekdə Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. “Qaradəniz regionunda turist və istirahət infrastrukturunun inkişafı” konfransın işində Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev iştirak edəcək. Onun Azərbaycanın turistik və investisiya imkanları, respublikada turist marşrutlarının perspektivi və vəziyyəti mövzusunda cıxışı planlaşdırılır.

16.08.2011
Baki Turizm İnformasiya Mərkəzinin məlumatı.

BAKI Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev Beynəlxalq Turizm Təşkilatının Koreyanın Kendju şəhərində 8-14 oktyabr 2011 ci il tarixində keçiriləcək 19cu sessiyasında iştirak edəcək. BAKI Turizm İnformasiya Mərkəzinin 2011 ci ildən etibarən ÜTT-nin birləşmiş üzvüdür.

28.06.2011
Baki Turizm İnformasiya Mərkəzinin məlumatı.

BMT-nin Ümümdünya Turizm Təşkilatının İcraedici Şurasının Mombasa, Keniyada 19-21iyun 2011-ci il tarixində keçirilmiş 19-cü sessiyasında Baki Turizm İnformasiya Mərkəzi, Turizm İnstitutu və Azərbaycan Turizm Assosiasiyası Ümümdünya Turizm Təşkilatına assosiasiv üzv qəbul olumuşdur.

31.05.2011
Baki Turizm Informasiya Mərkəzi "2-ci Milli Turizm Mükafati" müsabiqəsini elan edir

Baki Turizm İnformasiya Mərkəzi İkinci Milli turizm Mükafat müsabiqəsində iştirak etmək üçün dəvət edir.

16.05.2011
Moskva, 14 may (AzərTAc). Mayın 12-14-də Moskvada, “Qostinıy dvor” sərgi kompleksində “MITF-2011” beynəlxalq turizm sərgisi keçirilmişdir.

Sərgidə dünyanın 40 ölkəsindən nümayəndə heyətləri iştirak etmişlər. Azərbaycan Respublikasını sərgidə Zakir Əliyevin rəhbərliyi ilə Bakı İnformasiya-Turizm Mərkəzi (BİTM) təmsil etmişdir.

22.04.2011
Bakı Turizm İnformasiya Mərkəzi “Ən yaxşı mehmanxana saytı -2011” müsabiqəsini elan edir.

Müasir dövrdə sənayenin istənilən imkanlarından istifadəsi təəcüblü deyil. Lakin bəzi yerlərdə, insan fəaliyyətinin bəzi sahələrində internet resurslarının istifadəsi xüsusilə effektivdir. Mehmanxana sferası da bunlara aiddir.

20.04.2011
“Turizm Məqsədli Coğrafi İnformasiya və Naviqasiya Sistemi” layihəsinin təqdimatı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Turizm Məqsədli Coğrafi İnformasiya və Naviqasiya Sistemi” yaradılmışdır. Layihənin məqsədi Azərbaycanda turizmin inkişafı naminə ölkənin elektron xəritəsinin və naviqasiya sisteminin yaradılması olmuşdur.

18.03.2011
Bakı Turizm İnformasiya Mərkəzi 12-15 mart 2011-ci il tarixində Moskva şəhərində keçirilən “Intourmarket 2011” Beynəlxalq Turizm sərgisində iştirak etmişdir

Bildiyiniz kimi, 12-15 mart 2011-ci il tarixində Moskva şəhərində «İntourmarket 2011» Beynəlxalq Turizm sərgisi keçirilmişdir. Qeyd olunan sərgidə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Z.Əliyev, direktor müavini B.Qılıncov və «Geo Travel» turizm şirkəti vahid bir stendlə Azərbaycanı təmsil etmişdirlər.

04.03.2011
Azərbaycan turizmi Milanda böyük maraq doğurmuşdur.

Bakı, 2 mart 2011 tarixində İtaliyanın Milan şəhərində “BİT- 2011” Beynəlxalq turizm sərgisi başa çatmışdır. Dörd gün davam edən sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialını nümayiş etdirmək üçün 24 kvadratmetrlik sahə icarəyə götürülmüşdür.

03.03.2011
Nazir: "Bu il Azərbaycana gələn turistlərin sayı 2 milyon nəfəri keçəcək"

Əbülfəs Qarayev: “Əsas məqsədlərdən biri Azərbaycana gələcək turistlərin sayını artırmaqdır”. 2011-ci il Turizm ilində əsas məqsədlərdən biri Azərbaycana gələcək turistlərin sayını artırmaqdır. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, turizm sektorunda həyata keçirilən tədbirlər nəticəsində növbəti 5 ildə ölkəyə gələn turistlərin sayı 3 milyon yarımdan çox olacaq.

01.03.2011
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinin kanat və xizək enişinin açılışında iştirak etmişlər.

Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişi açıldı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər. Məlumat verilib ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılıb.

23.02.2011
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin Moskvaya səfəri

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev 21 fevral 2011 tarixində Moskva şəhərinə səfər etmiş və Rusiya Turizm Sənayesi İttifaqının Prezidenti, Moskva hökumətinin Turizm üzrə Komitəsinin sədri, cənab Sergey Şpilko ilə görüşmüşdür.

16.02.2011
Prezident İlham Əliyev 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Məqsəd Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etməkdir.

21.01.2011
Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev turizm sektorunun nümayəndələri ilə görüş keçirmişdir.

2011-ci il yanvar ayının 18-də Park İnn mehmanxanasında AR Prezidenti cənab İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev nazirliyin Turizm Şöbəsinin əməkdaşları, turizm şirkətləri və otellərin rəhbərləri ilə işgüzar görüş keçirmişdir.

17.01.2011
Azərbaycan 2011-ci ilin ilk turizm sərgisində uğurla təmsil olunmuşdur

Vyana, 17 yanvar (AzərTAc). Yanvarın 13-dən 16-dək Vyanada növbəti beynəlxalq tətil yarmarkası - “Ferien-Messe Wien 2011“ təşkil edilmişdir.

17.01.2011
Bu ilin martında Şahdağ qış-yay turizm kompleksinin ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi nəzərdə tutulmuşdur

Bakı, 16 yanvar (AzərTAc). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və şəxsən rəhbərliyi altında yaradılan turizm incilərindən biri – Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Hazırda burada işlərin birinci mərhələsi 50 faizədək icra olunmuş, gündə 10 min turistə xidmət imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilmişdir.

17.01.2011
Turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam yerinə yetirilmişdir

Bakı, 16 yanvar (AzərTAc). Ötən il Azərbaycanda turizm sənayesinin inkişafı üçün xüsusilə əlamətdar olmuşdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, 2001-ci ildə ümummilli lider Heydər Əliyev ölkəmizin turizm potensialının iqtisadi-sosial inkişafdakı rolunu düzgün dəyərləndirərək bu sahədə əhəmiyyətli qərarlar vermişdir. Ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilmişdir.

17.01.2011
Ötən il Azərbaycan mühüm beynəlxalq turizm sərgilərində iştirak etmişdir

Bakı, 16 yanvar (AzərTAc). Ötən il Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən mühüm beynəlxalq turizm sərgilərində iştirak etmişdir.

17.01.2011
Əbülfəs Qarayev: ““Şahdağ” qış-yay turizm kompleksində 2011-2012-ci ilin qış mövsümündə 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulub”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında hesabat dövründə ölkə daxilində və onun hüdudlarından kənarda 150-dən artıq dövlət əhəmiyyətli tədbir keçirilmişdir: “İl ərzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, Milli Teatr Festivalı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi və IV Beynəlxalq Rostropoviç Festivalının keçirilməsi yaradıcı kollektivlər tərəfindən çox yüksək qarşılanıb.

14.01.2011
Əbülfəs Qarayev "Euronews"un rəhbərləri ilə görüşüb

“Euronews” Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı ola bilər. Mədəniyyət və Turizm Nazirliyində “Euronews” telekanalının rəhbərləri – kanalın Müşahidə Şurasının sədri Pyer Luici Malezani və baş icraçı direktoru Filip Kaylla görüş keçirilib.

21.12.2010
Milli Mükafat müsabiqəsi

“Consulting & Business” jurnalı tərəfindən biznes sahəsində uğurlu fəaliyyətə görə hər il Milli Mükafat müsabiqəsi keçirilir.

14.12.2010
Turizm və otel sahəsinin mütəxəssislərindən biri olmağı arzulayanlara fürsət!

16 yaşı tamam olmuş orta və natamam orta təhsil almış şəxslərin nəzərinə: Azərbaycan Turizm İnstitutunun Turizm Təlim Mərkəzi aşağıdakı istiqamətlər üzrə kurslar təşkil edir

01.12.2010
Bakı turizm informasiya mərkəzinin məlumatı

Azərbaycanın turizm potensialının və mədəni irsinin daha geniş təbliğ olunması və eyni zamanda gənc bələdçilərin professional səviyyəsinin daha da artırılması məqsədi ilə Bakı Turizm İnformasiya Mərkəzi “Millennium Turizm Kongress DMC” MMC ilə birgə cari ilin noyabr ayının ilk günlərində “Baku City Tour” layihəsi həyata keçirir.

04.11.2010
Əbülfəs Qarayev: "Azərbaycana turist axını 15 faiz artacaq"

“Biz Ümümdünya Turizm Təşkilatının təqdim etdiyi ümumi artım tempini üstələyirik”

22.10.2010
Bakı turizm informasiya mərkəzinin məlumatı

2010-cu ildə 21-22 oktyabr tarixlərində Gəncə şəhərində “İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği ilə bağlı” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

08.10.2010
Oktyabrın 6- 8 aralığında Soçidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvü olan dövlətlərin turizm inkişafına həsr olunmuş konfransı keçirilib.

Konfransda “Qara dəniz regionunda investisiya imkanları” və “Turizm sahəsində kütləvi toplantılar keçirilməsi üçün təlim və Qara dəniz regionun ölkələrinin təcrübəsi” mövzularında dəyirmi masa və həmçinin plenar iclası keçiriləcək.

05.10.2010
Turizm sahəsində beynəlxalq əlaqələr genişlənir

Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyad şəhərində Kral Abdullah bin Əbdüləzizin himayəsi altında və Ali Turizm və Abidələr Təşkilatının təşkilatçılığı ilə "İslam ölkələrində memarlıq irsi" mövzusunda 1-ci beynəlxalq konfrans keçirilmişdir.

30.09.2010
29 Sentyabr 2010-cu il tarixində Bakı Biznes Mərkəzində Beynəlxalq Turizm Günü münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbir keçirilmişdir.

Tədbirdə ilk dəfə olaraq I Milli Turizm Mükafatının müsabiqəsinin laureatlarına kubok və sertifikatlar təqdim edilmişdir

27.09.2010
Ümumdünya Turizm günü!

Bakı Turizm İnformasiya Mərkəzi 27 sentyabr Ümumdünya Turizm günü münasibəti ilə Turizm Sənayesi işçilərini səmimi qəlbdən təbrik edir, onlara gələcək işlərində müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər əldə etməyini arzu edir.

15.09.2010
Bakı Turizm İnformasiya Mərkəzi artıq RTSİ-nin xarici üzvüdür.

Bakı Turizm İnformasiya Mərkəzi Rusiya Turizm Sənayesi Ittifaqının xarici üzvlər sırasına daxil olmuşdur. Rusiya Turizm Sənayesi İttifaqı – 1300-dən çox turizm müəssisələrin maraqlarını təmsil edən birlikdir. Qeyd etmək lazımdır ki, Bakı Turizm İnformasiya Mərkəzi İttifaqın 12-ci xarici üzvüdür.

03.07.2010
Milli Turizm Mükafatı müsabiqəsi

Müsabiqənin məqsədi turizm sənayesinin davamlı inkişafını, xidmət keyfiyyətinin yüksəldilməsi, Azərbaycan Respublikasında mədəni- idrakı, ekoloji, sağlamlıq və digər turizm növlərinin stimullaşdırılmasıdır.

26.04.2010
I Ümümrespublika Daxili Turizm Sərgisi

Bildiririk ki, cari ilin 28-30 aprel tarixlərində “Heydər Əliyev” adına Idman Konsert Kompleksində “I Ümümrespublika Daxili Turizm Sərgisi” keçiriləcəkdir.


ilkin tarix        sonuncu tarix